https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
6 İyul 2026
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

"Ayxan Abbasovun ilk tələbi vətənpərvəlik oldu" - Millinin hücumçusu

"Ayxan Abbasovun ilk tələbi vətənpərvəlik oldu" - Millinin hücumçusu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi Ayxan Abbasovun futbolçulardan ilk tələbi vətənpərvərlik olub.

QOL.az xəbər verir ki, bu barədə yığmanın hücumçusu Sadiq Şəfiyev məlumat verib.

Gəncənin "Kəpəz" klubunda çıxış edən 20 yaşlı oyunçunun sözlərinə görə, Abbasov komanda ilə ilk görüşündə məhz vətənpərvərlik haqqında danışıb: "Ayxan müəllim dedi ki, nəticələrin daha yaxşı olması üçün bu tələbə əməl etmək lazımdır. Azərbaycanın üçrəngli bayrağı naminə mübarizə aparmağımızın vacibliyini və bunu həm stadionda, həm də hərəkətlərimizlə göstərməli olduğumuzu vurğuladı”.

U-21 yığması Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında iki yoldaşlıq görüşü keçirib. Moldova yığmasına 2:0 hesabı ilə qalib gələn Ayxan Abbasovun komandası Şimali Makedoniya ilə heç-heçə edib - 0:0.

Şəfiyev toplanışın yaxşı keçdiyini bildirib: "İlk dəfə bir araya gəlməyimizə baxmayaraq, çalışırdıq ki, baş məşqçimizin tapşırıqlarını yüksək səviyyədə yerinə yetirək. Sevinirik ki, nəticələrimiz yaxşı oldu. Amma bu, bizi aldatmamalıdır. Qarşıda bizi seçmə mərhələ gözləyir, ona hazırlaşmalıyıq. Orada daha güclü komandalara qarşı oynayacağıq”.

Bir illik aradan sonra yığmaya çağrıldığını söyləyən gənc forvard Antalya toplanışınında 1 qol və 1 məhsuldar ötürmə etdiyini xatırladıb. O, göstərilən etimada görə, baş məşqçiyə təşəkkürünü bildirib. Şəfiyev məsuliyyətini yaxşı dərk etdiyini bildirib: "Çalışdım və bundan sonra da çalışacağam ki, baş məşqçimin etimadını doğruldum, bundan da yaxşı olum. Ayxan müəllim mənə yad mütəxəssis deyil, “Turan Tovuz”da onunla işləmişəm, nə istədiyini bilirəm. Dediklərinə əməl edib, milliyə daha çox xeyir vermək istəyirəm”.

Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsində B qrupunda yer alan U-21 millisi Portuqaliya, Çexiya, Bolqarıstan, Şotlandiya və Cəbəllütariqə qarşı mübarizə aparacaq.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.