https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
6 İyul 2026
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

“Bayer”in sensasiyalı məğlubiyyətinə Xabi Alonsonun şərhi

“Bayer”in sensasiyalı məğlubiyyətinə Xabi Alonsonun şərhi

“Bayer”in baş məşqçisi Xabi Alonso Almaniya kubokunun yarımfinalında 3-cü liqa təmsilçisi “Arminiya”ya sürpriz şəkildə uduzaraq (1:2) mübarizəni dayandırmalarından danışıb.

QOL.az xəbər verir ki, mütəxəssis komandasının lazımi səviyyədə oynamadığını bildirib:

"Hər kəs məyusluq yaşayır. "Arminiya"nı təbrik edirəm, onlar həqiqətən də öz çıxışları ilə finala layiq idilər. Biz isə məyusuq. Keçən mövsüm tez-tez qol şansı tapırdıq. Amma indi bu şansları qarşı tərəfdə gördük. Oyunumuz lazımi səviyyədə deyildi. Həm komanda şəklində, həm də fərdi baxımdan oyuna nəzarət edə bilmirdik. Bu gün bizim üçün heç nə yolunda getmədi. Yenə də əla fürsət idi”.

Xatırladaq ki, Almaniya kubokunun 2023/24 mövsümünün qalibi "Bayer" olub.

“Arminiya”nın cari mövsüm üçün finaldakı rəqibi isə bu gün müəyyənləşəcək. İkinci yarımfinal görüşündə  "Ştutqart"  "Leyptsiq"lə qarşılaşacaq.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.