https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
6 İyul 2026
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

Naxçıvanda 7 yaş qupu üzrə liqalara start verildi - FOTOLAR

Naxçıvanda 7 yaş qupu üzrə liqalara start verildi - FOTOLAR

AFFA və Naxçıvan Futbol Federasiyasının (NFF) birgə təşkilatçılığı ilə 7 yaş qrupu üzrə Azərbaycan çempionatının Naxçıvan regionu üzrə oyunlarına start verilib.

525.az-a Naxçıvan Futbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə rəsmi açılış mərasimi keçirilib. Naxçıvan şəhər stadionunda təşkil olunan tədbirdə federasiyanın vitse-prezidenti Elşən Abasov liqalarda iştirak edən futbolçulara uğurlar arzulayıb, bu cür yarışların bölgədə futbolun kütləviliyinin artırılmasına, perspektivli gənclərin üzə çıxarılmasına və gələcəkdə futbolumuza qazandırılması baxımdan fayda verəcəyinə yardım edəcəyini bildirib.

Topa ilk toxunuşu futbol veteranları Arif Xudiyev və İlham Məmmədov ediblər. 

Daha sonra U-16 Liqası çərçivəsində “Şərur Arpaçay” və “Araz-Naxçıvan” komandaları qarşılaşıb. Matç Şərur futbolçularının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, aprelin 20-də yekunlaşacaq U-10, U-11, U-12, U-13, U-14, U-15 və U-16 liqalarında ümumilikdə 42 komanda və 650-yə yaxın futbolçu iştirak edir. Oyunlar 5 stadionda  - Naxçıvan şəhər stadionu, Uzunoba təlim-məşq bazası, Sədərək, Ordubad stadionları və Şərur Olimpiya Kompleksində təşkil olunur. Yekunda U-13, U-14, U-15 və U-16 liqalarının qalibləri Bakıda təşkil olunacaq Azərbaycan birinciliyinin pley-off mərhələsində mübarizəni davam etdirəcək. Matçları müxtar respublikadan olan hakimlər idarə edirlər.

İştirakçı komandaların hamısı NFF tərəfindən oyun formaları, inventarlar və məşq meydançaları ilə təmin olunub, futbolçuların qeydiyyatı aparılıb.

Naxçıvanda 7 yaş qupu üzrə liqalara start verildi - FOTOLAR

Naxçıvanda 7 yaş qupu üzrə liqalara start verildi - FOTOLAR

Naxçıvanda 7 yaş qupu üzrə liqalara start verildi - FOTOLAR

Naxçıvanda 7 yaş qupu üzrə liqalara start verildi - FOTOLAR

Naxçıvanda 7 yaş qupu üzrə liqalara start verildi - FOTOLAR

Naxçıvanda 7 yaş qupu üzrə liqalara start verildi - FOTOLAR

Naxçıvanda 7 yaş qupu üzrə liqalara start verildi - FOTOLAR

Naxçıvanda 7 yaş qupu üzrə liqalara start verildi - FOTOLAR

Şəkil sayı: 8
Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.