https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
6 İyul 2026
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

Karlo Ançelotti vergidən yayınma ittihamı ilə mühakimə olunub

Karlo Ançelotti vergidən yayınma ittihamı ilə mühakimə olunub

İtalyan menecer Karlo Ançelotti Real Madriddəki ilk karyerası (2013-2015) ilə əlaqədar İspaniya Xəzinədarlığından vergidən yayınma ittihamı ilə hakim qarşısına çıxıb.

525.az xarici KİV-ə əsasən xəbər verir ki, Madrid Əyalət Məhkəməsində keçirilən iclasda Ançelottini həyat yoldaşı Mariann Barrena və oğlu, eyni zamanda Real Madridin köməkçi məşqçisi Davide Ançelotti müşayiət edib.

Mətbuatın böyük maraq göstərdiyi məhkəmədən əvvəl məhkəməyə daxil olarkən qısa açıqlama verən Karlo Ançelotti, indiyə qədər etdiyi kimi günahsız olduğunu bəyan etmək və sövdələşmə etmək üçün deyil, ifadəsini verməyə gəldiyini qeyd edib.

Ançelotti "Real Madrid"də ilk karyerası zamanı 2014-cü ildə 386.361 avro və 2015-ci ildə 675.718 avro olmaqla, ümumilikdə 1,062 milyon avro məbləğində vergidən yayınmaqda ittiham olunub.

Qeyd edək ki, prokurorluq italyan məşqçiyə 4 il 9 ay həbs cəzası verilməsini, vergi idarəsi tərəfindən həbs yolu ilə vergi borcunun alınmasını və cərimələr daxil olmaqla ümumilikdə 3 milyon 186 min 237 avronun ödənilməsini tələb edir.

Karlo Ançelotti indiyədək ona qarşı irəli sürülən ittihamları rədd edib və günahsız olduğunu bildirib.

Malik Atilay 

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.