|
|
|
|

Belçikanın Baş naziri Bart de Vever Ukraynaya səfərə yollanıb.
525.az xəbər verir ki, bu barədə “Le Soir” məlumat yayıb.
Nəşrin yazdığına görə, o, rəsmi Kiyevə 1 milyard avroluq yardım təklif edəcək.
“De Vever Ukraynanın paytaxtına əliboş getmir. Hökumətin üç üzvü dondurulmuş Rusiya aktivlərindən əldə edilən 1 milyard avrodan çox yardımı ev sahibi ölkəyə gətirir”, - deyə məlumatda qeyd olunur.
Səfər zamanı Bart de Veveri Belçikanın xarici işlər naziri Maksim Prevo, müdafiə naziri Teo Frabke və digər rəsmi şəxslər müşayiət edirlər.
İbrahim Cəfərov



