|
|
|
|

Rusiya Müdafiə Nazirliyi Ukraynanın ABŞ-la əldə olunan razılaşmaya baxmayaraq Rusiyanın enerji infrastruktur obyektlərinə hücumlar təşkil etdiyini bildirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamada, Ukrayna ordusunun son 24 saat ərzində Rusiyanın Kursk bölgəsi və ilhaq etdiyi Zaporojya bölgəsindəki enerji infrastrukturu obyektlərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum etdiyi bildirilib.
Hücumlar nəticəsində elektrik enerjisində fasilələrin yaşandığına diqqət çəkən açıqlamada, “Kiyev rəhbərliyi Rusiya ilə ABŞ arasında 18 Mart tarixindən etibarən enerji elementlərinə hücumların 30 gün müddətinə dayandırılmasına dair razılaşmanı pozaraq, hər gün Rusiyanın enerji infrastrukturuna təktərəfli zərbələr endirir” deyilib.
ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında martın 18-də keçirilən görüşdən sonra Rusiya və Ukraynanın enerji infrastrukturu obyektlərinə hücumları 30 gün müddətinə dayandırmaq barədə razılığa gəldiyi açıqlanıb.
Qeyd edək ki, Kreml ABŞ ilə əldə olunan razılaşma çərçivəsində Rusiya və Ukraynada neft emalı zavodları və enerji boru kəmərləri kimi obyektlərə hücumların dayandırılacağını açıqlamışdı.
Malik Atilay



