2025-ci il aprelin 20-də Orta və Şərqi Qara dəniz bölgəsində müşahidə olunan qatı duman hava nəqliyyatında ciddi çətinliklərə səbəb olub.
525.az APA-ya istinadən xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bu səbəbdən bəzi uçuşlar ləğv edilib, bəziləri isə təxirə salınıb.
Dumanın təsirini itirməsindən sonra uçuşların normal rejimə qayıtması planlaşdırılır.