Almaniyanın paytaxtı Berlində naməlum şəxslər odlu silahdan atəş açıblar.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən yerli vaxtla 04.45-də (Bakı vaxtı ilə 06:45) baş verib.
Şəhərin mərkəzində yerləşən "Hilton" hotelinin yaxınlığında baş verən insident zamanı 1 nəfər güllə yarası alıb.
Polis dərhal ərazini nəzarətə götürüb. Azı 2 nəfərin silahlının axtarışlarına başlanılıb.
Qeyd edək ki, dünən Almaniyanın Bad-Nauhaym şəhərində də atışma baş verib. Naməlum şəxs 2 nəfəri öldürüb.
L.Tağıyeva