Severo-Kurilsk şəhəri yaxınlığında 5 bal gücündə zəlzələ baş verib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yeraltı təkan yerli vaxtla 22:57-də (Bakı vaxtı ilə 16:57) qeydə alınıb.
Zəlzələnin episentri Servero-Kurilskdən 225 km cənub-şərqdə, 34 km dərinlikdə yerləşib.
Dağıntı və insan tələfatı barədə məlumat yoxdur.
L.Tağıyeva