Tailandda kiçik mühərrikli təyyarə dənizə düşüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə bu gün yerli vaxtla 08:15-də, Ça-Am çimərliyindən 100 metr məsafədə baş verib.
Qəza nəticəsində təyyarədəki 6 nəfərdən 5-i həlak olub, 1 nəfər ağır yaralanıb.
Hadisə yerinə gələn xilasedicilər cəsədləri və yaralını sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Qeyd edək ki, qəza ilə bağlı araşdırmalara başlanılıb, baş vermə səbəbləri barədə dəqiq məlumat yoxdur.
L.Tağıyeva