|
|
|
|

Antalyada rusiyalı turistləri daşıyan avtobus aşıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə bir neçə nəfər yaralanıb, ölən yoxdur.
Hadisə Antalya hava limanından hotelə gedərkən baş verib. Qəza zamanı avtobusda 3-ü uşaq olmaqla, 25 sərnişin var imiş. Onlardan azı 18-i xəsarət alıb. Yaralılar yerli xəstəxanalara yerləşdiriliblər. Bəziləri ilkin müayinədən sonra ambulator müalicəyə buraxılıb.
Qeyd edək ki, qəza sürücünün idarəetməni itirməsindən sonra baş verdiyi bildirilir.
L.Tağıyeva



