|
|
|
|
Banqladeşdə güclü yağış və sərt hava şəraiti ağır fəsadlar törədib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ildırım vurması nəticəsində ümumilikdə 13 nəfər ölüb.
Kishoreganj və Brahmanbaria bölgələrində biri uşaq olmaqla 9 nəfər, Çapaivabganj, Naogaon, Şerpur və Habiganj bölgələrinin hərəsində isə bir nəfər həyatını itirib.
Ölənlərin 70 faizindən çoxunun kənd təsərrüfatı işləri ilə məşğul olduğu bildirilib.
Banqladeş Meteorologiya Departamenti paytaxt Dəkkə də daxil olmaqla, ölkənin bir çox bölgələrində güclü yağışın davam edəcəyini proqnozlaşdırıb.
İbrahim Cəfərov