Kral ailəsi ABŞ prezidenti Donald Trampa "Boeing 747-8" markalı reaktiv təyyarə hədiyyə etməyi planlaşdırır.
525.az ABŞ mətbuatına istinadən xəbər verir ki, bu, indiyə kimi əcnəbi dövlətlərin ABŞ prezidentlərinə verdikləri ən qiymətli hədiyyə olacaq.
Belə ki, dəbdəbəli "Boeing 747-8"in qiyməti 400 milyon dollardır. Hədiyyə Trampın Qətərə gələn həftə planlaşdırılan səfəri çərçivəsində təqdim ediləcək.
Qeyd edək ki, bu, Tpampın 2-ci dəfə prezident seçilməsindən sonra ilk xarici səfəri olacaq.
L.Tağıyeva