|
|
|
|

Rostov yaxınlığında hərbi poliqondan 10 nəfər keçmiş dustaq qaçıb.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, onlar müqavilə əsasında döyüş bölgəsinə getmək üçün hərbi hazırlıq keçirmişlər.
Hadisə mayın 9-a keçən gecə baş verib. 4 nəfər demək olar ki, dərhal həbs edilib. 2 nəfərin isə yerinin müəyyənləşdirildiyi bildirilir. Digərlərinin axtarışı ilə hərbi polis məşğul olur.
Qeyd edək ki, azadlıqda qalan 6 nəfər bir vaxtlar adam öldürmək, soyğun, narkotik vasitələrin qanunsuz saxlanması, zorlama və zor tətbiq etmə maddələri ilə ittiham olunaraq həbs ediliblər.
L.Tağıyeva



