|
|
|
|

Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan və İranın səfiri Mehdi Sobhani Tehranla İrəvanın energetika və ticari-iqtisadi sahədə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Bu barədə 525.az “Report” a istinadən xəbər verir.
"Tərəflər Ermənistan-İran ikitərəfli münasibətlərinin gündəliyindəki əsas məsələləri müzakirə edib, energetika və ticari-iqtisadi sahələrdə əməkdaşlığa toxunub, həmçinin regional proseslərə dair fikir mübadiləsi aparıblar", - məlumatda vurğulanıb.



