|
|
|
|

Çin və Kolumbiya ikitərəfli əməkdaşlığın keyfiyyətini və səviyyəsini yüksəltmək üçün ikincinin “Bir kəmər və yol” təşəbbüsünə rəsmi qoşulmasını bir fürsət kimi qəbul etməlidir.
525.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin Pekində səfərdə olan Kolumbiya prezidenti Qustavo Petro ilə görüşü zamanı deyib.
Kolumbiya lideri Çin-CELAC Forumunun (Latın Amerikası və Karib Hövzəsi Dövlətləri İcması) dördüncü nazirlər iclasında iştirak etmək üçün Çində səfərdədir.
Görüşdən sonra dövlət başçıları iki ölkə hökumətləri arasında İpək Yolu İqtisadi Kəməri və XXI Əsr Dəniz İpək Yolunun birgə tikintisi üzrə əməkdaşlıq planının imzalanmasına şahidlik ediblər.
Pərvanə Sultanova



