
Meksikada içində insanlar olan hava şarı uçuş zamanı alovlanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Sakatekas ştatının Enrike Estrada əyalətində baş verib.
Festival zamanı havaya qalxan və içində 3 nəfər olan şar qəfildən alovlanıb. 1 nəfər sürətlə düşən şarda müvazinətini itirərək yerə çırpılıb və həyatını itirib. Digər 2 nəfər isə şarla birlikdə əkin sahəsinə düşüb. Hər ikisi ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlərin rəyinə görə xəsarət alanların ölüm təhlükəsi yoxdur.
Qəza ilə bağlı cinayət işi qaldırılıb. Yerli KİV-nin məlumatına görə, təşkilatçılardan ikisi gizlənib. Onların axtarışına başlanılıb.
L.Tağıyeva



