|
|
|
|
İyunun 14-də Vaşinqtonda ABŞ ordusunun 250 illiyi və Prezident Donald Trampın 79 yaşı münasibətilə böyük hərbi parad keçiriləcək.
525.az “Report” a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, parada 25-45 milyon dollar vəsait ayrılacaq. Yekun məbləğ logistika və təhlükəsizliyin təmin edilməsi xərclərinə görə arta bilər.
Parada təxminən 6 600 hərbçi, 150 ədəd yerüstü texnika və 50 ədəd hava gəmisi cəlb olunacaq.