|
|
|
|
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Rusiya lideri Vladimir Putinlə şəxsən görüşməyənə qədər Rusiya-Ukrayna münaqişəsi ilə bağlı danışıqlarda irəliləyiş olmayacaq.
525.az “Report” a istinadən xəbər verir ki, o, bunu jurnalistlərə Qətərin paytaxtı Dohada bildirib.
"Mən Putinlə görüşməyənə qədər heç nə baş verməyəcək", - o, Rusiya və Ukrayna nümayəndə heyətlərinin bu gün İstanbulda keçirilməsi gözlənilən görüşünü şərh edərkən deyib.