|
|
|
|
Türkiyənin Konya şəhərində 5.2 bal gücündə zəlzələ baş verib.
525.az “Milliyet”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi İdarəsi (AFAD) məlumat yayıb.
Yerli vaxtla 15:46-da baş verən zəlzələnin dərinliyi 18,73 kilometrdir.
Yeraltı təkanlar Ankara başda olmaqla ətraf əyalətlərdə də hiss edilib.
İbrahim Cəfərov