|
|
|
|
Dünən Puebla ştatında, Kuaknopalan-Oahaka avtomagistralında 3 nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza zamanı 18 nəfər yerində, 3 nəfər isə xəstəxanada dünyasını dəyişib.
Meksikanın daxili işlər naziri Samuel Agilar Pala hadisə yerinə Puebla və Oahaka ştatşarından Mülki Müdafiə Qüvvələrinin, Milli Qvardiyanın xeyli əməkdaşının, təcili tibbi yardım briqadalarının və digər güc strukturlarının nümayəndələrinin cəlb olunduğunu bildirib. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.
Qeyd edək ki, hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
L.Tağıyeva