|
|
|
|
2017-ci ildə itkin düşmüş Kolumbiya sakininin cəsədi Peru ərazisində tapılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, 21 yaşlı Liset Dayana Saldana Bastidas bədənindəki tatudan tanınıb.
Cəsəd ötən şənbə Panamerikan magistral yolunun Barranka şəhərindən keçən hissəsində, yol kənarında aşkarlanıb. Əli-qolu bağlı halda olan meyitin üzərində zorakılıq əlamətləri var imiş.
Hadisə ilə bağlı cinayət işi başlanıb, Kolumbiya polisinə məlumat verilib.
8 il əvvəl Alxarias şəhərində yoxa çıxan qızın qonşu dövlətə necə keçməsi də araşdırılır. Güman ki, o, insan alverçilərinin qurbanı olub.
Qeyd edək ki, Lisetin ailəsi cəsədin Kolumbiyaya gətirilməsi üçün maliyyə vəsaiti lazım olduğundan yardım üçün insanlara müraciət ediblər.
L.Tağıyeva