|
|
|
|
Sloveniyada ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melania Trampın heykəli oğurlanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, oğurluq hadisəsi srağagün baş verib.
Naməlum şəxslər 2020-ci ildə Sevitse şəhərində bürüncdən hazırlanmış heykəli hissə-hissə doğrayaraq ərazidən uzaqlaşıblar. Yerli polis araşdırmalara başlayıb.
Qeyd edək ki, Melania Tramp 1970-ci ildə Sloveniyanın Novo Mesto şəhərində dünyaya gəlib.
L.Tağıyeva