ABŞ İranla ticarətə açıqdır və kommersiya fəaliyyətini münaqişələrin həlli vasitəsi kimi nəzərdən keçirir.
525.az “Report” a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, İran nüvə sazişi ilə bağlı ABŞ-nin təklifinə operativ şəkildə cavab verməlidir.
"Mən aydın şəkildə bildirdim ki, onların düşünmək üçün demək olar ki, vaxtı qalmayıb. İran nüvə silahına malik olmamalıdır", - Tramp vurğulayıb.