|
|
|
|

ABŞ-nin maliyyə naziri Skott Bessent bu həftə Birləşmiş Ştatların reytinqini aşağı salan “Moody's” agentliyinə etibar etmədiyini söyləyib.
525.az “Report” a istinadən xəbər verir ki, nazir CNN telekanalına müsahibəsində bununla bağlı fikrini bildirib.
"ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqə tarixi səfərindən qayıtması zəruridir və ABŞ-yə trilyonlarla dollar gəlir. Biz investorların inamını görürük, ona görə də “Moody's”yə inamım azdır", - o deyib.
Daha əvvəl “Moody's” agentliyi ABŞ-nin dövlət borcunun artımını əsas gətirərək ölkənin reytinqini sabit proqnozla AAA-dan AA1-ə endirib.



