|
|
|
|

Birləşmiş Millətlər Təşkilatının (BMT) Liviyaya Dəstək Missiyası (UNSMIL) və Liviya Prezident Şurası daimi atəşkəsə nail olmaq üçün atəşkəs komitəsi yaradıblar.
525.az xəbər verir ki, bu barədə UNSMIL-in mətbuat xidməti məlumat yayıb.
"Liviya Silahlı Qüvvələrinin Ali Baş Komandanının roluna uyğun olaraq, Prezident Şurası UNSMIL ilə birlikdə əldə edilmiş kövrək sülhə əsaslanaraq atəşkəs komitəsi yaradıb. Mayın 18-də ilk dəfə toplanan komitə mülki əhalinin qorunmasına və Tripoli üçün təhlükəsizlik tənzimləmələrinin razılaşdırılmasına xüsusi diqqət yetirməklə, daimi atəşkəsə nail olunmasına diqqət yetirəcək”, - açıqlamada vurğulanıb.
Komitəyə Liviya ordusunun Baş Qərargah rəisi, general Məhəmməd Əl-Həddad rəhbərlik edirdi.
UNSMIL, həmçinin BMT Təhlükəsizlik Şurasının mülki əhalinin itkiləri ilə bağlı məlumatlardan narahatlığını vurğulayıb, dərhal və daimi atəşkəsə çağırıb:
“Bu cür hücumlara, atəşkəs rejiminə, beynəlxalq humanitar və insan haqlarına riayət edilməməsinə görə məsuliyyət daşıyanlar cavabdeh olmalıdırlar”.
Daha əvvəl UNSMIL mayın 13-dən 14-nə keçən gecə baş verən toqquşmalardan sonra Tripolinin ərazilərində zorakılığın artması ilə bağlı narahatlığını bildirib.
Pərvanə Sultanova



