|
|
|
|

Liviyanın paytaxtı Tripolidə iki gündür davam edən qarşıdurmalarda 6 nəfərin öldüyü, 70 nəfərin yaralandığı açıqlanıb.
525.az xarici mediaya əsasən xəbər verir ki, Tripoli Bələdiyyəsinin Səhiyyə Məsələləri üzrə Mütəxəssisi Muhammed Abdulvahab Liviya xəbər agentliyinə müsahibəsində Tripolidə 2 gündür davam edən qarşıdurmalarda ölən və yaralananlar haqqında məlumat verib.
Biri xarici ölkə vətəndaşı olan 6 nəfərin öldüyünü deyən Abdulvahab həyatını itirənlərdən 5-nin silahlı qruplaşma üzvü olduğunu qeyd edib.
Malik Atilay



