|
|
|
|

Perunun baş naziri Qustavo Adrianzen Konqresdə etimadsızlıq səsverməsindən sonra tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.
525.az xarici KİV-ə əsasən xəbər verir ki, paytaxt Limada xalqa müraciət edən Adrianzen istefa ərizəsini prezident Dina Boluarteyə təqdim etdiyini bildirərək, "Cənab Prezident, ölkənin maraqlarına uyğun olaraq, bu gün sizə bildirmək istəyirəm ki, Nazirlər Şurasının sədri vəzifəsindən dönməz şəkildə istefa verdim". deyib.
Peru mediasına görə, müxalifət partiyaları Adrianzenin ölkədə artan zorakılıqla mübarizədə qeyri-adekvat olduğunu əsas gətirərək Konqresə etimadsızlıq təklifi təqdim ediblər.
Perunun Pataz bölgəsində 13 şaxtaçının qaçırılaraq öldürülməsindən sonra Adrianzen ağır tənqidlərə məruz qalıb.
Qeyd edək ki, Peruda cinayət nisbətlərinin son vaxtlar artması və hökumətin təhlükəsizlik məsələləri ilə məşğul olmaqda çətinlik çəkməsi ölkədə siyasi qeyri-sabitliyi daha da dərinləşdirir.
Malik Atilay



