|
|
|
|

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen yeni sanksiyalarla Rusiyaya təzyiqləri artıracaqlarını bildirib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Von der Leyen Albaniyada keçirilən Aİ və Aİ üzvü olmayan Avropa ölkələrindən ibarət Avropa Siyasi Birliyinin Zirvə Toplantısından əvvəl çıxış edib.
Avropa Siyasi Birliyinin Rusiya-Ukrayna müharibəsi başlayanda yaradıldığını xatırladan von der Leyen bunun Avropa qitəsində sabitliyi təmin etməyi hədəflədiyini açıqlayıb.
Von der Leyen Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə Rusiya arasında birbaşa Türkiyədə görüş təklif etdiyini, Ukrayna prezidenti Vladimir Zelenskinin görüşə hazır olduğunu bildirdiyini, lakin Putinin iştirak etmədiyini xatırladaraq, “Bu, prezident Putinin sülh istəmədiyini göstərir” deyib.
"Bu paketə "Şimal axını 1 və 2" ilə bağlı sanksiyalar, Rusiyanın kölgə donanmasından daha çox gəminin siyahıya alınması, neftin qiymətinin aşağı salınması və Rusiyanın maliyyə sektoruna daha çox sanksiyalar daxildir", - von der Leyen bildirib.
Aİ-nin prioritetinin sülh olduğuna işarə edən von der Leyen, buna görə də Putinə təzyiqləri daha da artırmalı olduqlarını açıqlayıb. Aİ indiyədək müharibə səbəbindən Rusiyaya qarşı 16 sanksiya paketi tətbiq edib.
Qeyd edək ki, Aİ-nin sanksiya siyahısında 2000-dən çox şəxs və qurum var.
Malik Atilay



