|
|
|
|

Ukrayna prezidenti Vladimir Zelenski və bir sıra Avropa ölkəsinin liderlərinin ABŞ prezidenti Donald Trampla Ukraynadakı müharibəyə son qoymaq məqsədi daşıyan İstanbul sülh danışıqları ilə bağlı görüşdüyü bildirilib.
525.az xarici KİV-ə əsasən xəbər verir ki, Avropa Siyasi Birliyinin (EST) 6-cı Zirvə Toplantısı çərçivəsində Albaniyanın paytaxtı Tiranada olan Zelenski, Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Key Starmer, Almaniya kansleri Fridrix Merz və Polşanın baş naziri Donald Tusk ilə ABŞ prezidenti Tramp arasında ortaq telefon danışığı olub.
Telegram hesabından mövzu ilə bağlı açıqlama verən Zelenski, "İstanbuldakı görüşü müzakirə etdik. Ukrayna real sülh üçün ən sürətli addımları atmağa hazırdır və dünyanın sərt mövqe sərgiləməsi vacibdir" deyib.
Zelenski, Rusiya müharibəni sona çatdırmaq üçün qeyd-şərtsiz atəşkəsi qəbul etməsə, Moskvaya təzyiqi artırmağa çağırışını təkrar edərək deyib: "Rusiyaya qarşı təzyiqlər Rusiya müharibəni bitirməyə hazır olana qədər davam etdirilməlidir. Dünyada kömək edən hər kəsə təşəkkür edirəm".
Malik Atilay



