|
|
|
|

Nigeriyanın Kvara əyalətində sərnişinləri daşıyan qayığın çayda batması nəticəsində 37 nəfər ölüb.
525.az xarici KİV-ə əsasən xəbər verir ki, milli mətbuatda çıxan xəbərlərə görə, bazardan qayıdan insanları daşıyan qayıq Kvara əyalətinin Qajibo bölgəsində çayda batıb.
İlkin məlumata görə, qəza nəticəsində 37 nəfər həyatını itirib, onlarla insan itkin düşüb.
Malik Atilay



