|
|
|
|

ABŞ-nin Kentukki və Missuri ştatlarına təsir edən şiddətli qasırğa nəticəsində ilkin məlumatlara görə, 21 nəfər həyatını itirib.
525.az xarici KİV-ə əsasən xəbər verir ki, Kentukki qubernatoru Andy Beshear X sosial media hesabında şiddətli qasırğa nəticəsində ən azı 14 nəfərin öldüyünü təsdiqləyib və ölənlərin sayının arta biləcəyini bildirib.
Missuri ştatının rəsmiləri həmçinin bildiriblər ki, ilkin məlumatlara görə, ştatın müxtəlif bölgələrini təsir edən şiddətli qasırğa nəticəsində 7 nəfər ölüb.
Səlahiyyətlilər həmçinin qeyd ediblər ki, əlverişsiz hava şəraiti ərazidəki evlərə ziyan vurub, yaralılar xəstəxanalara çatdırılıb.
Milli Hava Xidməti (NWS) şimal Texas və cənub Oklahoma kimi ətraf ərazilərin risk altında olduğunu bildirib.
Malik Atilay



