|
|
|
|

Şandun əyalətinin Qaomi şəhəri yaxınlığında yerləşən kimyəvi məhsullar istehsal edən zavodda güclü partlayış olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında baş verib.
Partlayış yanğınla nəticələnib. Həmçinin, yaxınlıqdakı evlərin şüşələri sınıb.
Əraziyə çox sayda yanğınsöndürən və xilasetmə qüvvələri cəlb olunub. İnsan itkisi barədə məlumat yoxdur.
Qeyd edək ki, "Shandong Youdao Chemical" şirkətinə məxsus zavod 2019-cu ildə inşa edilib. Zavodda 300-ə yaxın insan işləyir.
L.Tağıyeva



