|
|
|
|

Hindistanın Çandrapur əyalətində pələnglər 17 gün ərzində 11 nəfəri parçalayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hücumların hamısı Tadoba-Andhari qoruğunun bufer zonasında baş verib.
Mayın 13-də yerli hakimiyyət orqanları "cinayətkar" dişi pələngi tutduqlarını bildirsələr də, hücumlar davam edib. Sonradan məlum olub ki, həmin pələngin olanlarla heç bir əlaqəsi yoxdur.
Qeyd edək ki, həmin dişi pələngin tutulmasından sonra daha 2 ölüm faktı baş verib. Yırtıcıların son 2 şikarı meşədə bambuk yığan qadın və çoban olub.
L.Tağıyeva



