|
|
|
|

Ermənistanın Baş naziri Nikol Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbəri Romanos Petrosyanı istefaya göndərib.
525.az bu barədə “Report” a istinadən xəbər verir.
Petrosyan bu vəzifəyə 2021-ci ilin dekabrında təyin edilmişdi.
Daha əvvəl KİV-in yaydığı məlumata görə, Petrosyanın həbs edilmiş iş adamı Samvel Karapetyana məxsus "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin idarəedici direktoru təyin edilməsi planlaşdırılır.



