|
|
|
|

Moskva Dnestryanı ətrafında xoşagəlməz ssenariyə cavab verməyə hazırdır.
525.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Moskva Dnestryanı ətrafında vəziyyətin inkişafını diqqətlə izləyir.
“Rusiya istənilən, o cümlədən ən xoşagəlməz ssenariyə müvafiq cavab verməyə hazırdır”, - Zaxarova Dnestryanıda vəziyyətin pisləşəcəyi təqdirdə, Rusiyanın planı ilə bağlı sualı cavablandırarkən deyib.



