|
|
|
|

Dünən axşam Bakı vaxtı ilə 21:32-də Alyaska sahillərində 7,2 bal gücündə güclü zəlzələ baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Zəlzələnin episentri Sand-Poynt yaşayış məntəqəsindən 87 km aralı, 20,1 km dərinlikdə yerləşib.
Aleutsk adalarının şərq sahillərində sunami təhlükəsi elan olunub. Yerli əhali təhlükəsiz ərazilərə köçürülüb.
Qeyd edək ki, dağıntı və insan tələfatı barədə məlumat yoxdur.
L.Tağıyeva



