|
|
|
|

Filippin və Çin gəmiləri dənizdə toqquşub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, insident Cənubi Çin dənizində mübahisəli Skarboro rifi yaxınlığında baş verib. Həmin vaxt Filippin Sahil Mühafizəsi bölgədə balıqçılara yardım paylayan qayıqları müşayiət edirdi.
ABŞ sahil mühafizəsinin Cənubi Çin dənizi məsələləri üzrə nümayəndəsi Cey Tarriela bildirib ki, Filippin Sahil Mühafizəsinə məxsus BRP Suluan gəmisini yüksək sürətlə təqib edən Çin Sahil Mühafizəsi gəmisinin təhlükəli manevr edərək Filippin gəmisinin sağ arxa tərəfindən yaxınlaşması nəticəsində Çin Xalq Azadlıq Ordusuna aid hərbi gəmi ilə toqquşma baş verib.
O bildirib ki, bu toqquşma nəticəsində Çin Sahil Mühafizəsi gəmisinin burun hissəsi ciddi zədələnib və gəmi istismar üçün yararsız hala düşüb.
Ləman İlkin



