
Fövqəladə Hallar Nazirliyi (FHN) Yasamal rayonunda yanmış meyitin tapılması faktı ilə bağlı məlumat yayıb.
525.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, Yasamal rayonunda sökülmüş evin otağında 1 kv.m sahədə məişət tullantıları yanıb və 1 nəfərin yanmış cəsədi aşkar edilib. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 12:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.



