|
|
|
|

ABŞ-nin keçmiş prezidenti Co Baydenin kiçik qızı Eşli Bayden boşanmaq üçün məhkəməyə ərizə ilə müraciət edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, onun boşanma səbəbi hələlik bəlli deyil.
Eşli Bayden 2012-ci ilin iyununda Hovard Kevin adlı həkimlə ailə həyatı qurmuşdu. O vaxt onların toyu Delaver ştatının Qrinvill şəhərində keçirilmişdi.
Yeri gəlmişkən, 44 yaşlı Eşli srağagün sosial şəbəkə hesabında boşanmasına dair maraqlı video paylaşıb. O, parkda gəzərkən Beyonsun "Freedom" ("Azadlıq") mahnısının sədaları altında baş barmağını havaya qaldırıb.
L.Tağıyeva



