|
|
|
|

Pakistanda su kanalı kənarında paltar yuyan qadın az qala timsahın qurbanına çevriləcəkdi.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Sukkur şəhərində baş verib.
Paltar yuyan Kariman Bibi adlı qadına timsah hücum edib və onu suya çəkmək istəyib. Karimanın əri Hub-i-Ali özünü itirməyərək suya baş vurub və həyat yoldaşını ölümdən xilas edib.
Qeyd edək ki, qadın ciddi xəsarətlər alıb və ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
L.Tağıyeva



