|
|
|
|

Rusiya ilə Ukrayna arasında aparılan əsir mübadiləsi çərçivəsində 84 rus və 84 ukraynalı hərbçinin azad edildiyi bildirilib.
525.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin açıqlamasında, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vasitəçiliyi ilə Ukrayna ilə əsir mübadiləsinin həyata keçirildiyi qeyd olunub.
Nazirlik həmçinin bildirib ki, azad olunan rus hərbçiləri Belarusda yerləşdirilib, onlara zəruri tibbi və psixoloji yardım göstərilib. Onlar müalicə üçün nazirliyə məxsus tibb mərkəzlərinə göndərilmək məqsədilə Rusiyaya aparılacaqlar.
Ləman İlkin



