|
|
|
|

Hindistanın idarəsi altındakı Cammu və Kəşmir bölgəsində baş verən sel nəticəsində ilkin məlumata görə 17 nəfər həyatını itirib, 75 nəfər isə yaralanıb.
525.az xarici mətbuata istinadən xəbər verir ki, Cammu və Kəşmirin Kiştvar bölgəsində baş verən güclü yağış selə səbəb olub.
Yerli rəsmilərin verdiyi məlumata əsasən, ilkin olaraq 17 nəfərin öldüyü, 75 nəfərin isə xəsarət aldığı bildirilib.
Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.
Ləman İlkin



