
Hokkaydo əyalətində 2 turist qonur ayının hücumuna məruz qalıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, vəhşi onlardan birini meşəlik əraziyə aparıb.
Hadisə dünən baş verib. Rausu vulkanik dağına çıxan 20 yaşlı 2 turistə ayı hücum edib. Ayı turistlərdən birini tutaraq ağaclıq əraziyə aparıb. Digəri isə bu barədə polisə məlumat verib. Xilasedicilər həmin şəxsi xilas etsələr də, digər turisti tapmaq mümkün olmayıb. İtkin düşən turistin axtarışlarına əlavə qüvvələr və helikopter cəlb edilib.
Baş verənlərdən sonra Rausuya dırmaşan 10-dan çox alpinist də ərazidən təxliyə edilib, dağa aparan turistik yollar bağlanıb.
Qeyd edək ki, Siretoko yarımadasının şərqində yerləşən Rausu dağı dəniz səviyyəsindən 1661 metr yüksəklikdədir və yay mövsümündə turistlərin böyük marağına səbəb olur.
L.Tağıyeva



