
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə gözlənilən sammitində danışıqların uğursuzluqla nəticələnə biləcəyi ilə bağlı heç vaxt spekulyasiya etmədiklərini bildirib.
525.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
Lavrov Trampın danışıqların uğursuzluqla nəticələnməsi ehtimalının 25 faiz olduğu barədə açıqlaması ilə bağlı Alyaskada jurnalistlərin suallarını cavablandırıb.
“Biz heç vaxt spekulyasiya etmirik. Bilirik ki, arqumentlərimiz aydındır və mövqeyimiz başa düşüləndir. Bunu izah edəcəyik”, - deyə Lavov bildirib.
Məhəmməd Tağıyev



