
Pekində insanabənzər robotların müxtəlif idman, performans və tətbiq sahələrində yarışdığı dünyanın ilk irimiqyaslı robot yarışı olan “World Humanoid Robot”Games (WHRG) başlayıb.
525.az xəbər verir ki, Pekin Yerli Xalq Hökuməti, Çin Media Qrupu, Ümumdünya Robototexnika Əməkdaşlıq Təşkilatı və RoboCup Asia-Pacific ilə əməkdaşlıq çərçivəsində keçirilən tədbirdə robototexnika şirkətləri, universitetlər, tədqiqat institutları, robototexnika klubları və həvəskarları inkişaf etdirdikləri insanabənzər robotlarla iştirak edib.
İnsanabənzər robot texnologiyasındakı irəliləyişləri praktik tətbiqlər vasitəsilə nümayiş etdirmək məqsədi daşıyan tədbirdə robotlar atletika, gimnastika, futbol və boks kimi idman növləri üzrə yarışıb.
Qeyd edək ki, avqustun 17-də başa çatacaq oyunların ilk günündə 400 metr və 1500 metr məsafələrə qaçış, 3-ə 3 və 5-ə 5 futbol və boks yarışları keçirilib.
Məhəmməd Tağıyev



