
Fransa prezidenti Emmanuel Makron Alyaskada keçiriləcək Rusiya-ABŞ sammitindən sonra Vladimir Zelenski ilə görüşməyi planlaşdırır.
525.az xəbər verir ki, bu barədə Yelisey sarayına istinadən TF1 telekanalı məlumat yayıb.
Fransa liderinin administrasiyasından bildirilib görüş ən faydalı və təsirli olacağı vaxtda, Alyaskadakı sammitdən sonra və qrafikdən asılı olaraq baş tutacaq. O da vurğulanıb ki, Makron və Zelenski yaxın və daimi dialoqdadır.
Rusiya və ABŞ prezidentlərinin görüşü bu gün Alyaskanın Ankoric şəhərində baş tutacaq. Putinin köməkçisi Yuri Uşakov daha əvvəl bildirib ki, liderlər əsas diqqəti Ukrayna nizamlanmasının müzakirəsinə yönəldəcəklər. Amma digər məsələlər, o cümlədən iqtisadi sahədə ikitərəfli əməkdaşlıq da müzakirə ediləcək.
Pərvanə Sultanova



