
Azərbaycan Yazıçılar Birliyinin üzvü, tarix elmləri üzrə fəlsəfə doktoru İradə Əlili və “Əsgərə xatirə ” layihəsinin rəhbəri, publisist Nuranə Şıxaliyevanın birgə hazırladıqları “Şəhidlik Dastanı” adlı kitab işıq üzü görüb.
525.az xəbər verir ki, kitab Türkiyənin şəhidlərinə həsr olunub. “Şəhidlik dastanı”nda yer alan xatirələr həm Türkiyə, həm də Azərbaycan türkcəsində təqdim olunur. Kitabda şəhidlər haqqında məqalələr, xatirələr, fotolar öz əksini tapıb.
Müəlliflər Nuranə Şıxaliyeva və İradə Əlili kitab üçün önəmli məlumatları çatdıran dostlara- Bilgehan Osman, İlhami Demirci, Serdar Ünsal, Rifat Yenice, Vural Papakcı, Bilal Esrari, Nuray Aydemir, Orhan Demirci, Özlem Dede Öner, Zeki Avan, Nedim Bakırcı, Eray Çetinkaya, Fatma Dinçer, Hasan Barın, Aysel Demirkaya, Kemal Yıldız, Ahmet Baki Kızıltaşa öz təşəkkürlərini bildirirlər.
İradə Əlilinin həmmüəlifi olduğu bu kitab Türkiyə şəhidlərindən yazılmış üçüncü kitabıdır. 2022-ci ildə “Kahraman şehit Oğuz Ozgür Çevik”, 2025-ci ildə “Çubuk şehitleri” kitabları işıq üzü görüb.



