https://525.az/img/pics/medium/2026-07/396239_ocaknnidt4.jpg Səhnə işinin görünməyən ustaları
https://525.az/img/pics/medium/2026-07/396233_d2rphdu35a.jpg Dəqiqələr sürən bəxtiyarlığa yarım əsrə gəlinən yol - Rafael Hüseynov yazır
https://525.az/img/pics/medium/2026-07/396230_sku3n85fmd.jpg Ziyalı: Tarix, dövlətçilik və milli məsuliyyət
https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
search
3 İyul 2026
2 İyul 2026

"Sabahkı oyunda futbolçularıma inanıram" - Qurban Qurbanov

"Sabahkı oyunda futbolçularıma inanıram" -  Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının liqa mərhələsinin 8-ci turunda "Liverpul"a qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında iştirak edib.

525.az xəbər verir ki, mütəxəssis komandasını maraqlı və çətin bir qarşılaşmanın gözlədiyini bildirib. O, əsas mərhələnin son oyununda möhtəşəm atmosferdə çıxış edəcəklərini vurğulayaraq rəqibin gücünə baxmayaraq futbolçularına olan inamını ifadə edib:

"Əsas mərhələnin həlledici matçına çıxırıq. Bizi möhtəşəm stadionda, möhtəşəm azarkeş dəstəyi qarşısında oynamaq gözləyir. "Liverpul"un hər bir üzvü hər zaman qələbəyə acdır və sahəyə yalnız bu istəklə çıxır. İngiltərədə yadda qalan və keyfiyyətli futbol nümayiş etdirməyi çox arzulayırıq. İnanıram ki, futbolçularım sabah öz potensiallarını maksimum dərəcədə ortaya qoyaraq ən yaxşı oyunlarından birini sərgiləyəcəklər".

Qeyd edək ki,  “Liverpul” - “Qarabağ” oyunu yanvarın 28-si, Mərkəzi Avropa vaxtı ilə saat 21:00, Bakı vaxtı ilə isə yanvarın 29-u, saat 00:00-da başlanacaq.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.