https://525.az/img/pics/medium/2026-07/396239_ocaknnidt4.jpg Səhnə işinin görünməyən ustaları
https://525.az/img/pics/medium/2026-07/396233_d2rphdu35a.jpg Dəqiqələr sürən bəxtiyarlığa yarım əsrə gəlinən yol - Rafael Hüseynov yazır
https://525.az/img/pics/medium/2026-07/396230_sku3n85fmd.jpg Ziyalı: Tarix, dövlətçilik və milli məsuliyyət
https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
search
3 İyul 2026
2 İyul 2026

Türkiyə klubunun avtobusu qəzaya uğradı - yaralananlar var

Türkiyə klubunun avtobusu qəzaya uğradı -  yaralananlar var

Türkiyənin "Konyaspor" klubunun U-19 komandasını daşıyan avtobus İstanbulda qəzaya uğrayıb. 

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza zamanı avtobusun sürücüsü və klubun iki oyunçusu yaralanıb.

Qəzaya klub avtobusunun yük maşınına çırpılması səbəb olub. Hadisə yerinə təcili tibbi yardım, polis və yanğınsöndürmə briqadaları göndərilib.

Avtobus sürücüsü və iki oyunçusunun xəsarət aldığı qəzadan sonra TEM şossesinin iki zolağı nəqliyyat üçün bağlanıb.

"Konyaspor"un U-19 komandası sabah "Beşiktaş"a qarşı keçirəcəyi oyun üçün İstanbula gəlmişdi.

Klub qəza ilə bağlı özünün sosial media hesabında açıqlama yayıb. Açıqlamada deyilir: "Beşiktaş"la səfər oyunu üçün İstanbula gedən 19 yaşadək komandamızın avtobusu yol qəzasına düşüb. Qəzadan sonra məşqçilərimizin, oyunçularımızın və dəstək heyətimizin ümumi sağlamlıq vəziyyətinin yaxşı olduğu məlum olub. Bəzi oyunçularımız tədbir olaraq xəstəxanaya aparılıb və həyatlarının təhlükədə olmadığı bildirilib. Avtobus sürücümüz Fevzi Öztürk də müayinə üçün xəstəxanaya aparılıb".

ŞAHANƏ

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.